"Nottingem"in yarımmüdafiəçisi Entoni Elanqa komandasını dəyişə bilər.

Offsideplus.az xəbər verir ki, o, karyerasını "Nyukasl"da davam etdirə bilər. “Sağsağanlar” bu yay futbolçunun transferini tamamlamaq istəyir. 

Qeyd edək ki, Elanqa "Mançester Yunayted"in yetirməsidir. 22 yaşlı futbolçunun komandası ilə müqaviləsi 2028-ci ilin yayında başa çatır.