“Sport Resifi” nin müdafiəçisi Pedro Lima "Vulverhempton"a keçib.

Offsideplus.az xəbər verir ki, futbolçu Braziliyanın U-20 millisində də çıxış edir. Onun yeni komandası ilə müqaviləsi 5 illikdir və daha bir mövsüm uzatmaq variantını ehtiva edir.

Transfer qiyməti 12,7 milyon funt sterlinq olaraq qiymətləndirilir.