“Mançester Yunayted”in keçmiş futbolçusu Rio Ferdinand qərar vermək imkanı olsaydı, klubdan hansı oyunçuları satacağı sualına cavab verib.

Offsideplus.az xəbər verir ki, “Mail Online”-a danışan keçmiş müdafiəçi, Kristian Eriksen, Ceydon Sanço, Antoni və Harri Maquayrdan qurtulacağını bildirib.

Markus Reşford və Meyson Qrinvuda gəlincə, Ferdinand bu futbolçularla söhbətlər aparacağını, sonra onların gələcəyi ilə bağlı qərar verəcəyini söyləyib. Belə ki, o, mütləq Qrinvudun vəziyyətini azarkeşlərlə müzakirə edərdi.