"Marsel"in hücumçusu Pyer-Emerik Obameyanq 2022-ci ilin qışında London “Arsenal”ını tərk etməzdən əvvəl qarşılaşdığı problemlərdən danışıb.
Offsideplus.az xəbər verir ki, bu barədə o, “RMC Sport”a açıqlama verib:
“Depressiyada idim. Gündəlik həyatdan ciddi şəkildə fərqlənən bir şey var idi. Məsələn, mən çox içməyə başlamışdım.
“Çətin bir dövr idi. Bu, “Arsenal” müqaviləmi ləğv etməzdən bir qədər əvvəl başladı. Bəli, bu depressiya idi, məncə, bu, valideynlərimin sağlamlıq problemləri ilə bağlı idi. Hər kəsə təsir edir, bu normaldır”.