İngiltərə millisinin sabiq futbolçusu Ueyn Runi keçmiş klubu "Mançester Yunayted"in problemlərindən danışıb. 

Offsideplus.az xəbər verir ki, ingiltərəli futbolçu bu barədə “Daily Mail”ə açıqlama verib:

“Bu komandaya baxın və onun liderini deyin mənə. Bruno Fernandeş kapitandır, bəs liderlər kimlərdir? Mankunianlar hər dəfə qol buraxanda tez təslim olurlar. İnsanda belə bir təəssürat yaranır ki, onlar artıq oyuna qayıda bilməyəcəklər”.