"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo ilə futbolçusu Pol Poqba arasında gərgin münasibət davam edir.

Offsideplus.az xəbər verir ki, klubun məşqinə gecikən Poqbanı Mourinyo evə göndərib: "Evinə qayıt, Poqba. Çıx get"

Mourinyonun bu davranışına səbəb, Poqbanın "Mançester Yunayted"in İngiltərə kubokunda Derby County-yə (2-2*) penaltilərlə uduzduğu (7-8) matçın ardından komanda yoldaşları ilə güldüyü fotonu paylaşmasıdır.

Xatırladaq ki, Britaniya mətbuatı fransalı yarımmüdafiəçiyə 224 milyon avro təzminat qiymət qoyulduğunu yazıb.

P.Poqbanın bu qış satışa çıxarılacağı gözlənilir. Onunla Barcelona-nın maraqlandığı iddia olunur.