"Mançester Yunayted" satmağa qərar verdiyi futbolçusu Pol Poqbanın təzminat qiymətini müəyyənləşdirib.

Offsideplus.az Britaniya mətbuatına istinadən xəbər verir ki, klub fransalı yarımmüdafiəçiyə 224 milyon avro qiymət qoyub.

P.Poqbanın bu qış satışa çıxarılacağı gözlənilir. Onunla "Barselona"nın maraqlandığı iddia olunur.