"Çelsi” klubun sahibi rusiyalı milyarder Roman Abramoviç klubu futbol tarixində rekord məbləğə - 3 milyard funta satmaq istəyir. 

Offsideplus.az xəbər verir ki, Abramoviç "Çelsi”ni milyarder Cim Retklifə 2 milyard funta satmaqdan imtina edib. London klubunun təmsilçisi rus milyarderin "Çelsi”ni satmaq istəyi ilə bağlı məlumatı təkzib edib. Abramoviçin nümayəndəsi bunları bazar spekulyasiyaları adlandırıb.
 
Qeyd edək ki, Roman Abramooviç London klubunun səhmlərinin nəzarət paketini 2003-cü ildə 140 milyon funta satın almışdı. Daha əvvəl mətbuatda Abramoviçin "Çelsi”ni ən azı 2,5 milyard funta sata biləcəyi haqda xəbərlər getmişdi.(sfera.az)