"O, inanılmaz futbolçu və yaxşı insandır”

Offsideplus.az xəbər verir ki, "Çelsi"nin mövsümün əvvəlində Real-dan icarəyə götürdüyü Mateo Kovaçiç yeni komandanın lideri Eden Hazardın çıxışı haqda danışıb. Xorvatiyalı futbolçu Hazardın inanılmaz oyunçu olduğunu bildirib. Kovaçiç rəqib müdafiəçilərin belçikalıya qarşı həddindən artıq kobud oynadığını da söyləyib:

“Hesab edirəm ki, onda futbolçuya lazım olan hər şey var. Müdafiəçilərin sərt oyununa baxmayaraq, hər zaman ayaqda qalmağı bacarır. Məni təəccübləndirən əsas məqam budur. İngiltərə Premyer Liqası həqiqətən çox çətindir. Burada gərgin mübarizə gedir. Deyərdim ki, dünyanın ən mürəkkəb çempionatıdır. Hazard isə belə bir çempionatda müdafiəçilərlə sadəcə, məzələnir".