İngiltərənin “Uotford” klubunda baş məşqçi dəyişikliyi olub.

Offsideplus.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Mark Silvanı istefaya göndərib. Komandanın son uğursuz nəticələri portuqaliyalı mütəxəssisin komandadan göndərilməsi ilə nəticələnib. 40 yaşlı məşqçi 2017-ci ilin may ayından “Uotford”u çalışdırırdı. Klubun rəsmi saytı yeni baş məşqçisinin adını da açıqlayıb. Komandanı Xavyer Qrasiya çalışdıracaq.

Qeyd edək ki, “Uotford” 24 turdan sonra Premyer Liqada 26 xalla 10-cu pillədə qərarlaşıb.