“Leypsiq” klubunun hücumçusu Timo Verner “Fulhem”in maraq dairəsindədir.

Offsideplus.az xəbər verir ki, “Fulhem”in məqsədi qarşıdakı qış transfer pəncərəsində Verneri icarə əsasında ələ keçirməkdir.

Vurğulanır ki, Verner “öküzlər”in heyətində aldığı oyun vaxtının miqdarından narazdır və bu amil alman hücumçunun ingilis klubunun xeyrinə seçim etməsində həlledici məqam ola bilər.