"Mançester Yunayted"in hücumameyilli yarımmüdafiəçisi Bruno Fernandeş Səudiyyə Ərəbistanı klublarının diqqət mərkəzindədir.

Offsideplus.az "Fichajes"ə istinadla xəbər verir ki, SƏ təmsilçiləri 29 yaşlı futbolçu ilə yaxından maraqlanırlar.

Məlumata görə, 29 yaşlı portuqaliyalı üçün "Mançester Yunayted"ə 100 milyon avroluq təklif olunub.

Qeyd edək ki, Fernandeşin MY ilə 2026-cı ilədək müqaviləsi var.