İngiltərənin “Arsenal” klubunun rəhbərliyi “Leypsiq”in sloven hücumçusu Benyamin Şeşko ilə maraqlanır.

Offsideplus.az xəbər verir ki, “topçular” 20 yaşlı futbolçunu yanvardakı transfer pəncərəsində heyətinə qatmağa cəhd edə bilərlər.

Vurğulanır ki, gənc hücumçuya “Arsenal”la yanaşı, Avropanın bir sıra yüksək səviyyəli klubları da iddialıdırlar.