İngiltərənin "Liverpul" klubu heyətini yeni futbolçularla gücləndirmək istəyir.

 Offsideplus.az "SportBild"ə istinadla xəbər verir ki, Premyer Liqa təmsilçisi, Münhen "Bavariya"sının iki oyunçusu - Leroy Sane və Camal Musiala ilə maraqlanır.

"Qırmızılar"ın baş məşqçisi Yurgen Klopp hər iki futbolçunu qışda sərəncamında görmək istəyir.

Mersisayd təmsilçisi qış transfer dövründə onlar üçün təklif yollamağı planlaşdırır.