“Mançester Siti” klubunun yarımmüdafiəçisi Kalvin Fillips qarşıdakı qış transfer pəncərəsində “Nyukasl Yunayted"ə keçə bilər.

Offsideplus.az xəbər verir ki, “Nyukasl”ın baş məşqçisi Eddi Hau Fillipsi müdafiəyəmeylli yarımmüdafiəçi mövqeyini gücləndirmək üçün üstün seçim kimi müəyyənləşdirib.

Futbolçunun özü komandanı dəyişməkdə maraqlı olarsa, klub rəhbərliyi Fillipsi almağa cəhd edəcək. Vurğulanır ki, “Nyukasl” ilk növbədə ingilis futbolçunu icarəyə götürməkdə maraqlıdır.