İngiltərə Premyer Liqasının son qalibi "Çelsi"nin başı dərddədi. Offsideplus,az xəbər verir ki, London klubu FIFA-dan ağır cəza almaq təhlükəsi ilə üzləşib.

İngiltərənin məşhur "The Guardian" qəzetinin iddiasına görə, "Çelsi" 18 yaşından aşağı futbolçuların transferində saxtakarlıqlara yol verib. Xəbərdə bildirilir ki, sentyabr ayında FIFA tərəfindən araşdırmaların başladığı "Çelsi" aralarında Bertrand Traorenin də olduğu 25 futbolçunun transferində ali futbol qurumunun qaydalarını pozub.

FIFA qaydalarına görə, 18 yaşından aşağı bir futbolçunun beynəlxalq transferi üçün oyunçunun doğulduğu ölkənin sərhəddi ilə klub arasında maksimum 50 km-lik məsafə ola bilər. Həmçinin əgər oyunçunun ailəsi futboldan kənar bir səbəb xaricində ölkəyə köçərsə, transfer yenə baş tuta bilər. Bir digər istisna isə 16-18 yaşlarındakı Avropa Birliyi ölkələrinə mənsub futbolçu və klublar arasında geçəkləşən transferlərdi.

Əgər FIFA "Çelsi"nin günahını sübuta yetirsə, kluba transfer qadağası qoyula bilər. Bundan əvvəl "Barselona", "Real" və "Atletiko" kimi böyük klublar da analoji cəzaya məruz qalıb. Bu səbəbdən transferlərə böyük pullar xərcləyən "Çelsi"nin sahibi Roman Abramoviçi ağır günlər gözləyir.