Mauritsio Sarrinin "Çelsi"yə gəlişi ilə "Napoli"dən London klubuna transfer olunan Jorjinyo maraqlı açıqlamalar verib.
Offsideplus.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı futbolçu sabiq klubu üçün darıxdığını deyib. O, "Çelsi"də əla karyera yaşadığını bildirib, ancaq bununla belə yenidən İtaliya A Seriyasına qayıtmaq arzusunda olduğunu dilə gətirib:
""Napoli"dəki günəş, yeməklər, insanların isti münasibəti üçün darıxıram".
Əslən braziliyalı olan italiyalı futbolçu Kristiano Ronaldonun gəlişindən sonra A Seriyanın daha da maraqlı və dinamik olduğunu bildirib:
"A Seriya çox həyəcan verici bir liqadır. K.Ronaldonun gəlişi oranı daha da maraqlı edib. Ümid edirəm bir gün yenidən qayıdacağam. Premyer Liqa da mənim üçün əladır. Bura da mənim və oyunum üçün əlverişlidir".
Qeyd edək ki, təcrübəli futbolçunun "Çelsi" ilə 2023-cü ilin iyun ayına qədər müaviləsi var.