Münhen "Bavariya"sı heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

 Offsideplus.az "The Telegraph"a istinadla xəbər verir ki, Bundesliqa təmsilçisi, İngiltərənin "Fulhem" klubunun yarımmüdafiəçisi Joao Palinya üçün hərəkətə keçib.

Məlumata görə, "Bavariya" 28 yaşlı portuqaliyalı üçün 60 milyon funt sterlinq təklif edib.

Qeyd edək ki, Palinyanın "Fulhem"lə 2028-ci ilədək müqaviləsi var.