İngiltərənin "Nyukasl Yunayted" klubunun yarımümdafiəçisi Bruno Qimarayeş komandanı tərk etməyib.

 Offsideplus.az xəbər verir ki, bu barədə "Twitter" sosial şəbəkəsində məlumat yayılıb.

25 yaşlı braziliyalı futbolçu "sağsağanlar"la yeni uzunmüddətli müqavilə bağlayıb.

Belə ki, o, bir neçə transfer təklifi almasına baxmayaraq, klubu tərk etməyib.

Qeyd edək ki, onun müqaviləsi 2028-ci ilədəkdir.