"Mançester Yunayted" klubu heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.
Offsideplus.az "Daily Mail"ə istinadla xəbər verir ki, "qırmızı şeytanlar" "Everton"un mərkəz müdafiəçisi Carrad Brantuaytı sıralarına qatmaq niyyətindədir.
MY-nin baş məşqçisi Erik ten Haq 21 yaşlı futbolçunu zədələnərək yaşıl meydanlardan kənarda qalan Lisandro Martinesə əvəzləyici olaraq görür.
Bildirək ki, Brantuaytın "Everton"la 2025-ci ilədək müqaviləsi var.