“Mançester Siti” komandanın gələcəyini düşünür.
“Şəhərlilər” indidən növbəti mövsümlərdə yarımmüdafiə xəttinin lideri olacaq futbolçunu seçib.
Offsideplus.az xəbər verir ki, baş məşqçi Xosep Qvardiola zədəli Kevin de Brüynenin əvvəlki formasını uzun müddət davam etdirə bilməyəcəyinə əmindir. 2015-ci ildən İngiltərə klubunun formasını geyən belçikalı 32 yaşındadır və iki ildən sonra müqaviləsi bitir.
İspan mütəxəssisin Kevinin əvəzinə düşündüyü futbolçu isə Camal Musaladır. “Şəhərlilər” Almaniya millisinin üzvü üçün tezliklə “Bayern”in qapısını döyəcək. 20 yaşlı yarımmüdafiəçinin münhenlilərlə 2026-cı ilin yayınadək müqaviləsi var. Mançesterlilər qarşı tərəfin 110 milyon avroluq tələbinə rəğmən bu keçidin həll olunmasında israrlıdır. Yanvarda, ən geci gələn yay Musialanın keçidi üçün lazım olan addımlar atılacaq.