“Lill”in baş məşqçisi Paulu Fonseka “Kristal Palas”ın "sükanı arxasına" keçəcək.

Offsideplus.az xəbər verir ki, London klubunun rəhbərliyi 50 yaşlı portuqaliyalını komandanın hazırkı baş məşqçisi Roy Hocsonu əvəzləməyə əsas namizəd hesab edir.

Fonsekanın da İngiltərə Premyer Liqasında çalışmaqda maraqlı olduğu qeyd edilir.