"Mançester Yunayted"in yeni transferi Sofyan Amrabat komandası haqda danışıb.
Offsideplus.az xarici mətbuata istinadla xəbər verir ki, 27 yaşlı mərakeşli yarımmüdafiəçisi "qırmızı şeytanlar"da oynamaqdan qürur duyduğunu bildirib:
"Mançester Yunayted" adına oynamaq inanılmaz hissdir. Mən bunu uşaqlıqdan, bütün karyeramdan bəri arzulayıram".