Tanınmış seneqallı futbolçu ilə bağlı sosial şəbəkələrdə yayılan kadrlar təəccübləndirir.

Offsideplus.az milli.az-a istinadla xəbər verir ki, kadrlarda "Liverpul"un məşhur oyunçusu Sadio Manenin tualet təmizləməsi əks olunub.

Futbolçu daim ziyarət etdiyi Ər-Rəhma məscidinin ayaqyolusunu təmizləyib.

Məscid Liverpul şəhərinin Malqreyv küçəsində yerləşir.

 

Qeyd edək ki, Mane doğulduğu kənddə məktəb tikdirməsi ilə gündəmə gəlmişdi.