İngiltərənin "Liverpul" klubu heyətini yeni futbolçu ilə gücləndirmək niyyətindədir.

 Offsideplus.az "Goal.com"a istinadla xəbər verir ki, Premyer Liqa təmsilçisi, Madrid "Real"ının mərkəz yarımmüdafiəçisi Federiko Valverdeni sıralarına qatmaq istəyir.

"Qırmızılar" 25 yaşlı uruqvaylı futbolçu üçün qarşı tərəfə rəsmi təklif göndərəcək.

"Liverpul" Valverdeni qış transfer dövründə heyətinə qatmağı hədəfləyir.