İngiltərənin “Bornmut” klubu hücumçusu Dominik Solankenin müqavilə müddətini uzadıb.
Offsideplus.az xəbər verir ki, 25 yaşlı ingiltərəli futbolçu ilə yeni müqavilə 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
Solanke 2019-cu ilin yanvarından “Bornmut”da çıxış edir. O, ötən mövsüm 35 oyun keçirib, 7 qol vurub və 7 məhsuldar ötürmə edib.