İngiltərənin "Mançester Siti" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

 Offsideplus.az "inews"ə istinadla xəbər verir ki, "şəhərlilər" "Brayton"un mərkəz hücumçusu Evan Ferqyuson üçün hərəkətə keçib.

Mançester təmsilçisi 18 yaşlı forvardı Erlinq Haalandın varisi olaraq görür.

Məlumata görə, MS sözügedən futbolçu üçün qarşı tərəfə 120 milyon funt sterlinq ödəyəcək.