İngiltərənin "Mançester Yunayted" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 Offsideplus.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin yarımmüdafiəçisi Sofyan Amrabatı sıralarına qatıb.

Bu barədə məlumatı insayder Fabrisio Romano yayıb.

Xəbərdə MY-nin 27 yaşlı futbolçu üçün 25 milyon avro ödədiyi qeyd olunub.