"Çelsi" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

 Offsideplus.az "The Athletic"ə istinadla xəbər verir ki, "zadəganlar" "Mançester Siti"nin hücumameyilli yarımmüdafiəçisi Koul Palmeri sıralarına qatacaq.

Artıq 21 yaşlı futbolçunun keçidi üçün razılıq əldə olunub.

"Çelsi" bu transfer üçün 40 milyon funt-sterlinq xərcləyəcək.