İtaliyanın "Fiorentina" klubunun yarımmüdafiəçisi Sofyan Amrabat karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.

 Offsideplus.az "The Telegraph"a istinadla xəbər verir ki, 27 yaşlı mərakeşli futbolçu "Mançester Yunayted"lə anlaşmaq üzrədir.

Məlumata görə, MY onu icarə əsasında heyətinə qatacaq.

Qeyd edək ki, Amrabatın "Fiorentina" ilə 2024-cü ilin 30 iyununadək müqaviləsi var.