"Mançester Yunayted"in qapıçısı Din Henderson karyerasını "Kristal Palas"da davam etdirə bilər.

 Offsideplus.az "Goal.com"a istinadla xəbər verir ki, 26 yaşlı qolkiper sözügedən klub üçün tibbi müayinədən keçməyə hazırlaşır.

"Mançester Yunayted" rəhbərliyi "Fənərbağça"nın qapıçısı Altay Bayındırı transfer etməyə hazırlaşdığı üçün, Hendersona yol görünüb.

Qeyd edək ki, onun MY ilə 2025-ci ilədək müqaviləsi var.