İngiltərə "Arsenal"ının sağ cinah vingeri Nikolas Pepe də karyerasını Səudiyyə Ərəbistanı Pro Liqasında davam etdirə bilər.

 Offsideplus.az xəbər verir ki, 28 yaşlı futbolçu sözügedən ölkə klublarından bir neçəsi ilə danışıq aparır.

Bu barədə məlumatı jurnalist Fabrise Haukins yayıb.

Qeyd edək ki, Pepenin "topçular2la 2024-cü ilin 30 iyununa qədər müqaviləsi var.