İngiltərənin "Haddersfild Taun" klubunun futbolçusu Juninyo Bakuna "Stock City" ilə Liqa Kuboku matçında qeyri-adi avtoqola imza atıb. 

Offsideplus.az goal.az-a istinadən xəbər verir ki, hollandiyalı yarımmüdafiəçi meydanın mərkəzindən topu öz qapısına göndərib. Həmin epizodadək "Stok Siti" 1:0 hesabı ilə öndə olub. Mərkəz dairəsi yaxınlığında olan Bakuna rəqibin hava ilə ötürməsinin qarşısını kəsmək istəyib. Lakin onun zərbəsi birbaşa öz qapısına uçub. 

Qeyd edək ki, görüş "Stock City"nin qələbəsi ilə yekunlaşıb