İngiltərənin "Liverpul" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

 Offsideplus.az "The İndependent"ə istinadla xəbər verir ki, "qırmızılar" "Everton"un mərkəz yarımmüdafiəçisi Abdulaye Dukure üçün hərəkətə keçib.

Məlumata görə, "Liverpul" 30 yaşlı futbolçu üçün 60 milyon avro təklif edib.

Qeyd edək ki, Dukurenin "Everton"la 2024-cü ilin 30 iyununadək müqaviləsi var.