“Mançester Siti” klubu futbolçusu Riko Lyuislə yeni müqavilə bağlayıb.

Offsideplus.az xəbər verir ki, 18 yaşlı müdafiəçi ilə sözləşmənin müddəti 2028-ci ilin yayına qədər uzadılıb.

Qeyd edək ki, Lyuis ötən yaydan “şəhərlilər”in əsas komandasında çıxış edir.