"Çelsi" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

 Offsideplus.az "Evening Standart"a istinadla xəbər verir ki, "zadəganlar" "Kristal Palas"ın sağ cinah vingeri Maykl Olisin keçidini həll etməyə yaxındır.

Məlumata görə, "Çelsi" 21 yaşlı futbolçu üçün 45 milyon avrosundan keçəcək.

Bildirək ki, Olisin "Kristal Palas"la 2026-cı ilədək müqaviləsi var.