"Media və insanların Messinin ABŞ-yə və Kristiano Ronaldonun Səudiyyə Ərəbistanına getməsinə verdiyi reaksiyaya baxın. Futbolçu Amerikaya gedəndə onu alqışıayırsız, amma Ərəbistana gedəndə hücum edirsiniz. Mənə demək istəyirsiniz ki, ABŞ mükəmməl ölkədir?"

Offsideplus.az xəbər verir ki, bu sözləri Rio Ferdinand deyib. O, Səudiyyə Ərəbistanı Liqasını MLS-dən üstün tutub.

"Karyeramı başa vurmasaydım, 100% fikirləşmədən və şübhəsiz Səudiyyə Ərəbistanına gedərdim.
ABŞ? Xeyr, Səudiyyə Ərəbistanı Liqası MLS-dən daha yaxşıdır".