İngiltərənin "Mançester Yunayted" klubu komandadan ayrılacağı gözlənilən müdafiəçi Harri Maquayra əvəzləyici tapıb.

 Offsideplus.az "RMC Sport"a istinadla xəbər verir ki, "qırmızı şeytanlar" təcrübəli müdafiəçini Fransa "Nitsa"sından Jan-Kleyr Todibo ilə əvəzləyəcək.

Artıq tərəflər arasında danışıqlar prosesinə start verilib.

Todibonun "Nitsa" ilə 2027-ci ilədək müqaviləsi var.