"Çelsi" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

 Offsideplus.az "RMC Sport"a istinadla xəbər verir ki, "zadəganlar" "Kristal Palas"ın sağ cinah vingeri Maykl Olis üçün hərəkətə keçib.

Məlumata görə, "Çelsi" rəhbərliyi 21 yaşlı fransalı futbolçu üçün 25 milyon funt sterlinq təklif edir.