İngiltərənin "Mançester Siti" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

 Offsideplus.az "Goal.com"a istinadla xəbər verir ki, "şəhərlilər" "Leypsiq"in mərkəz müdafiəçisi Josko Qvardiolu sıralarına qatmağa yaxındır.

21 yaşlı xorvatiyalı futbolçu artıq İngiltərədə tibbi müayinədən də keçib.

Onun keçidinin MS-yə 90 milyon avroya başa gələcəyi bildirilir.