İngiltərənin "Liverpul" klubu heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.

 Offsideplus.az "Sky Sports"a istinadla xəbər verir ki, Mersisayd təmsilçisi "Sauthempton"un yarımmüdafiəçisi Romeo Lavia üçün hərəkətə keçib.

Lakin "qırmızılar"ın 19 yaşlı belçikalı futbolçu üçün etdiyi 50 milyon avroluq təklifi qarşı tərəf rədd edib.

"Liverpul" isə gənc futbolçu üçün transfer cəhdlərini davam etdirəcək.