İngiltərənin "Mançester Yunayted" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

 Offsideplus.az "Daily Mail"ə istinadla xəbər verir ki, "Qırmızı şeytanlar" "Everton"un mərkəz müdafiəçisi Carrad Brantuaytı sıralarına qatmaq niyyətindədir.

Mançester təmsilçisi 21 yaşlı futbolçu üçün qarşı tərəfə cəlbedici təklif hazırlayıb.

Qeyd edək ki, Brantuaytın "Everton"la 2025-ci ilədək müqaviləsi var.