"Everton" klubu yeni mövsüm üçün transfer çalışmalarını davam etdirir.

 Offsideplus.az "Sunday Express"ə istinadla xəbər verir ki, Liverpul təmsilçisi, "Mançester Siti"nin sağ cinah müdafiəçisi Riko Luisi sıralarına qatmaq niyyətindədir.

Məlumata görə, "Everton" 18 yaşlı futbolçunu icarə əsasında rənglərinə bağlayacaq.