İtaliyanın "İnter" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

 Offsideplus.az "Corriere dello Sport"a istinadla xəbər verir ki, Milan təmsilçisi, "Arsenal"ın mərkəz hücumçusu Folarin Baloqunla güclənmək istəyir.

Məlumata görə, "İnter" 22 yaşlı ABŞ-li forvard üçün təklif göndərəcək.

Qeyd edək ki, Baloqunun "Arsenal"la 2025-ci ilədək müqaviləsi var.