İngiltərənin “Fulhem” klubu növbəti transferini rəsmiləşdirib.

Offsideplus.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Nigeriya yığmasının və “Ayaks”ın müdafiəçisi Kalvin Bessini heyətinə qatıb.

23 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb. İngiltərə klubu bu transfer üçün 22,5 milyon avro xərcə düşüb.