İngiltərənin "Liverpul" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

 Offsideplus.az xarici KİV-ə istinadla xəbər verir ki, Mersisayd təmsilçisi "Sauthempton"un yarımmüdafiəçisi Romeo Lavianın keçidində israrlıdır.

Məlumata görə, "qırmızılar" 19 yaşlı belçikalı üçün ikinci dəfə təklif göndərəcək.

Qeyd edək ki, Lavianın transfer dəyəri 32 milyon avrodur.