İngiltərənin "Liverpul" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

 Offsideplus.az "Goal.com"a istinadla xəbər verir ki, Mersisayd təmsilçisi, "Sauthempton"un yarımmüdafiəçisi Rome Lavianı sıralarına qatmağa hazırlaşır.

Məlumata görə, "qırmızılar" 19 yaşlı belçikalı futbolçu üçün 50 milyon avrosundan keçməlidir.

Qeyd edək ki, Lavianın "Sauthempton"la 2027-ci ilədək müqaviləsi var.