İngiltərənin "Liverpul" klubu komandadan ayrılacağı gözlənilən Fabinyoya əvəzləyici tapıb.

 Offsideplus.az "Evening Standart"a istinadla xəbər verir ki, Mersisayd təmsilçisi braziliyalı futbolçunu "Fulhem"in yarımmüdafiəçisi Joao Palinya ilə əvəzləməyə hazırlaşır.

Məlumata görə, "qırmızılar" 28 yaşlı portuqaliyalı üçün qarşı tərəfə 60 milyon funt sterlinq təklif edib.