İngiltərənin "Liverpul" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

 Offsideplus.az "Goal.com"a istinadla xəbər verir ki, Mersisayd təmsilçisi, "Sauthempton"un yarımmüdafiəçisi Romeo Lavianı sıralarına qatmaq niyyətindədir.

Qeyd edək ki, 19 yaşlı belçikalı futbolçunun "Sauthempton"la 2027-ci ilədək müqaviləsi var.