İngiltərənin "Çelsi" klubu heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.

 Offsideplus.az xəbər verir ki, "zadəganlar" "Kristal Palas"ın vingeri Maykl Olis üçün hərəkətə keçib.

Jurnalist Fabrise Houkinsin yaydığı məlumata görə, "Çelsi" 21 yaşlı oyunçu üçün qarşı tərəfə ilkin olaraq 45 milyon avro təklif edib.

Bildirək ki, Olisin "Kristal Palas"la 2026-cı ilədək müqaviləsi var.